Ölkə 14:32 08.08.2017

Sizə yalan danışdılar

Aysel Novruz

Mən Fransadan Azərbaycana dönəndə iki səbəb vardı: Millət və din.

İnanmadılar.

Sonra balaca ailəmi təkbaşına idarə edə bilərəm, dedim. 

İnanmadılar.

Balaca bir nöqtədən böyük bir iş qurmaq üçün yola çıxdım. 

İnandırmadılar.

Təzə döndüyüm vaxtlar elə hey gülümsəyirdim. Yarı nəzakətdən, yarı sevincdən.

Qadın bu qədər gülərüz olmaz, dedilər.

Qadınları iki hissəyə böldülər: Yaxşı və pis. 

Müxtəlif ola bilmədi qadınlar. Ya güldülər pis oldular, ya ağladılar - yaxşı.

Hər zaman düşündüyümü dedim. İclaslarda. İşə işçi götürəndə. Dərsdə sual verən tələbənin cavabını bilməyəndə. 

Hər zaman nə düşündüm, dedim.

Səmimiyyətimə inanmadılar.

Mən səkkiz milyonda bir olaraq səkkiz milyon üçün döndüm. 

Anlamadılar.

İnanmadılar.

İnanmadılar...

Günü-gündən daha az gülürəm.

Gülməyi tərgidirəm sizə inana-inana.

İki hissəyə bölünürəm - yaxşı və pis.

Gecə və gündüz.

Ağ və qara.

Bu ölkələrdə qadın xeylaqları hələ də diri-diri basdırılır.

Mən nə etsəm inanmayacaqsınız. Çünki sizə hər zaman yalan danışdılar.

Çünki siz... hər zaman yalan danışdınız...

Heç inanmayın...

Qaynarinfo.Az