Ekonomiks 11:27 06.10.2018

"SNTV"də problem: Sumqayıtda 2 gündür internet yoxdur

"SNTV"nin internet xidməti 2 gündən artıqdır ki, işləmir.

EkoNews xəbər verir ki, Sumqayıtda əksər insanlar məhz "SNTV"nin internet xidmətindən istifadə edirlər. Yaşanan problemə görə də çoxsaylı insan internetsiz qalıb.

"SNTV"dən EkoNews-a problemin hələ dəqiq nədən qaynağlanmasının məlum olmadığını bildiriblər:

"Bəli, 2 gündür problem var. Hələ dəqiq deyil internetdə olan problem nədən qaynaqlanır. Çox güman ki, şəbəkə problemidi. Yəqin ki, gün ərzində problem aradan qaldırılacaq".