İnsan orqanizminə çox sayda faydası olan reseptlərdən biri də soğanlı süddür.

Qaynarinfo xəbər verir ki, soğanlı süd ürək-damar sistemini gücləndirir, qan təzyiqini aşağı salır. Öd ifrazatını artıran, daş əmələ gəlməsinə mane olan bu tərkib xərçəng, Alzheimer kimi ciddi xəstəliklərin yaranmasının qarşısını da alır. Soğanlı südün bədənin müxtəlif yerlərində yaranan şişkinliklərə müsbət təsir göstərməsi üçün axşam yeməyindən 1 saat əvvəl içilməsi məsləhət görülür. 

Hazırlanması:
0,5 litr südün içinə xırda doğranmış 1 ədəd soğan və 4-5 diş sarımsaq atılır və qaynadılır. İlıq halda süzülən südə bal əlavə edilir. Bu tərkibin gün ərzində qısa fasilələrlə 1 yemək qaşığı miqdarında içilməsi məsləhət görülür.

Gülşən