Ölkə 17:46 14.05.2013

Soğan+sarımsaq=şirinquş?

Jalə İSMAYIL

 Vəya Milli Emosiyacıqlar


Bu məsələ isti-isti həll olunmalıdır. Necə ki, mən isti-isti “emosiyacıq” sözünü əmələ gətirdim. Vaxt itirmədən milli emosiyacıqlarımız yaradılmalıdır. Qanuna operativ dəyişiklik operativ reaksiya tələb edir. 

Min şükür ki, burada kasıbçılıq çəkməyəcəyik. Dədə-babalarımız bizə zəngin miras qoyublar. Uzun-uzun danışmaqdansa, adamın tam portretini ortaya qoyan bu gözəl eyham-işarələrin bizi cərimə və həbsdən qurtara biləcəyinə ümid edirəm. İlkin təsnifat belədir. Hər kəs öz əlavəsini edə bilər. Amma çalışaq, dialekt işarələr olmasın, hamı başa düşsün.

Heyvanlar:

Xoruz.

Eşşək.

Tülkü.

Ayı.

İlan.

Öküz.

Tısbağa.

Buqələmun.

Dovşan.

Meymun.

Tərəvəzlər:

Xiyar.

Badımcan.

Pomidor, əzilmiş halda.

Soğan, doğranmış halda.

Qida məhsulları:

Qatıq.

Yumurta.

Duzqabı, içi boş halda.

Bədən üzvləri:

Baş, bədəndən çox böyük görünən şəkildə.

Əllər, normadan uzun şəkildə.

Burun, yenə də uzun şəkildə.

Dirsək.

Və barmaqlarla müxtəlif işarələr.

İnsan adları:

Eynulla

Fazil

Gülər

Pərvanə

İstisna qrupu:

Ayaqqabı altlığı.

Sabun – şirkətlərlə müqavilə əsasında sabunları adları ilə də vermək olar.

Emosiyacıqların görünüşü və rəngi də asılıdır bizim proqramçıların fantaziyasından. Amma istifadə təlimatını deyə bilərəm. Çox sadədir. Məsələn, bir deputat haqqında yazmaq istəyirik ki, anan soğan, atan sarımsaq, hardan oldun gülməşəkər? Heç nə yazmırıq, sadəcə, emosiyacıqları düzürük: Soğan+sarımsaq=şirinquş?

Demokratiyada çarə tükənməz, bəylər!

Mövzuya dəxli olmasa da: Bir dəfə bir polyak qıza soyadımı heç cür izah edə bilmədim. Böyük bir kəşf etmiş adam sevinciylə: “Oyy, Smaylovaaa” – deyib, dururdu şəhadət barmaqları ilə dodaqlarını kənara dartıb. Smile-la İsmayılın fərqini bilmədən yaşamaq daha smile-lı işdi, yox?