Ekonomiks 09:44 18.02.2014

SOCAR-a Türkiyədə əngəl yaradılmasının şok sirri


Bakıdakı antikorrupsiyamüşavirəsi Ərdoğanı niyə qəzəbləndirib?; Azərbaycan prezidentininrüşvət və korrupsiya ilə mübarizənin kəskinləşəcəyini vurğulamasıAnkara-Bakı münasibətlərinin gərginləşməsinə səbəb olub; AKP hökumətiARDNŞ-i “Hizmet” Hərəkatına yaxın hesab edir və onun layihələrinə əngəltörədir


AzərbaycanDövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki ən iri investisiyalayihələrindən biri - İzmirin Əliağa qəsəbəsində “Star” neftayırmazavodunun və eyniadlı terminalın tikintisi layihəsi daha bir problemləüzləşib. Virtualaz.org saytı Türkiyə qaynaqlarına istinadən xəbər verirki, Türkiyə dövləti həmin ərazidə SOCAR-a neftayırma zavodunun tikintisiüçün lisenziya versə də, “Buhar Enerji” adlı başqa şirkətə də geotermalsulardan elektrik enerjisi istehsal etmək üçün lisenziya verib.Nəticədə SOCAR illərdir ki, bu şirkətlə məhkəmə çəkişməsindədir.


Türkiyənin “Hürriyet” qəzetiyazır ki, iki gün əvvəl hakim Ədalət və İnkişaf Partiyasının parlamentətəqdim etdiyi qanun düzəlişləri paketi bu problemi həll edə bilər. Qanundüzəlişləri paketindəki təkliflərdən birinə görə, geotermal sulardanistifadəni tənzimləyən xüsusi agentlik yaradılacaq. Həmin agentliyinyaradılması SOCAR-la “Buhar Enerji” adlı şirkət arasında məhkəməçəkişməsinə də son qoya bilər. Belə ki, yeni yaradılacaq agentlik bukimi mübahisələrdə kimin lisenziyasının daha üstün olduğuna dair qərarvermək səlahiyyətində olacaq.

Bəs necə olub ki, Türkiyə hökuməti eyni ərazidə iş aparmaq üçün iki ayrı şirkətə lisenziya verib?

Qəzet yazır ki, Əliağadakı “Petkim” zavodlarının yaxınlığındakıərazidə kəşfiyyat aparan Mədən Kəşfiyyatı və Axtarışı Agentliyi (MTA)700 metr dərinlikdə 120-150 dərəcə temperatura malik su kəşf edib. MTA2009-cu ildə bu suyun hasil edilərək elektrik enerjisinə çevrilməsi üçüntender elan edib. Tenderi “Buhar Enerji” şirkəti qazanıb.
Lakin 2007-ci ildə “Petkim”in hissələrinin çoxunu alan SOCAR bundanbir il sonra digər təşkilatdan-Enerji Bazarını Tənzimləmə Təşkilatındanərazidə neftayırma zavodunun inşası üçün 49 illik lisenziya alıb.“Buhar Enerji” Azərbaycan şirkətinin bu lisenziyasının ləğv edilməsiüçün məhkəmədə iddia qaldırıb.

***

Bu məhkəmə çəkişməsi SOCAR-ın “Star” neftayırma zavodunun vəterminalının tikintisi layihəsi üçün Türkiyə banklarından kredit almaqüçün apardığı danışıqlara zərbə vurub. Nəticədə SOCAR da “BuharEnerji”nin “Star” layihəsinin maliyyələşdirilməsinə dair danışıqlarazərbə vurduğunu əsas gətirərək bu şirkətə qarşı məhkəmə iddiasıqaldırıb. Hər iki iddia üzrə məhkəmə çəkişməsi davam edir.

Xatırladaq ki, bu yaxınlarda İzmirin Əliağa səmtindəki ikiqəsəbənin bələdiyyəsi də “Star” layihəsinin ətraf mühitə zərbə vurduğunuəsas gətirərək məhkəmə iddiası qaldırmışdı. “Star” layihəsininmaliyyələşdirilməsinin bir hissəsini Azərbaycan Dövlət Neft Fondu həyatakeçirir. Layihənin dəyəri 5 milyard dollardır.

Diplomatik qaynaqlardan “Yeni Müsavat”a SOCAR-ın Türkiyədə  sonvaxtlar üzləşdiyi problemlərlə bağlı  şok məlumatlar daxil olub.Diplomatik mənbə bildirir ki, Türkiyə hökumətinin Azərbaycan hökumətiilə yenidən münasibətləri gərginləşib: “Nə qədər qəribə olsa da,  budəfə gərginliyin səbəbi rüşvətxorluğa qarşı rəsmi Bakının elan etdiyimübarizədir”.  


Mətbuatdan da məlum olduğu kimi, Azərbaycan prezidenti İlham Əliyevregionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrasınahəsr olunan 5 fevral konfransdakı çıxışında antikorrupsiyaəməliyyatlarının davam etdiriləcəyini vurğulayıb.  Maraqlı budur ki,Türkiyə qəzetləri, xüsusi ilə  AKP-yə müxalif olan qrupların mediaquruluşları rəsmi Bakının bu hərəkətini həmin günlərdə “Əliyev yolsuzluqvə rüşvətə savaş açdı” kimi başlıqlarla manşetdən yaydı. Və əksəryazılarda da Əliyevin jestləri T. Ərdoğanın hərəkətləri ilə müqayisəedilib və Azərbaycan prezidentinə böyük üstünlüklər verilib.  Görünür,məhz bu cür təqdimat AKP iqtidarını qəzəbləndirib və rəsmi Bakıya qarşıincik mövqeyə salıb. Türkiyə iqtidarında hesab edirlər ki, bu, təsadüfibir hadisə deyil. Üstəlik, burada başqa bir xüsusi məqam da var.Diplomatik qaynaq iddia edir ki, məsələ təkcə “yanlış zamanlama” iləbağlı deyil: “AKP iqtidarı SOCAR və onun rəhbəri Rövnəq Abdullayevi”Nur" camaatına bağlı olan “Hizmet” Hərəkatına yaxın sima kimi bilir. Bufakt Azərbaycanda hər kəsin təəccübünə səbəb ola bilər, lakin Türkiyəiqtidarı məsələyə məhz bu pəncərədən baxır. Ona görə də AKP SOCAR-ayeni-yeni problemlər çıxarır və çıxaracaq". 

Mənbə iddia edir ki, Azərbaycan prezidentinin indiki məqamdakorrupsiya və rüşvətlə  mübarizə ilə bağlı sərt bəyanatlar verməsi,həmin müşavirənin İstanbulda dərc olunan qəzetlər vasitəsi ilətirajlanması  istər-istəməz diqqətləri Türkiyəni titrədən, Ərdoğanhökumətinin imicini zədələyən 17 dekabr həbslərinə səbəb olan rüşvət vəkorrupsiya məsələlərinə yönəldib.  


Türkiyənin baş naziri  Tayyib Ərdoğan 17 dekabr böyük rüşvət vəkorrupsiya əməliyyatlarını özünə və iqtidarına qarşı qurulmuş ssenarihesab edir. O hesab edir ki, 17 dekabr həbsləri onun həm ölkə daxilində,həm də xaricində imicini və xarizmasını zədələyib. Ona görə də bussenariyə həm daxildən, həm xaricdən birbaşa və ya dolayı dəstək, yaxudda mediaya mövzu verən hər kəsə qarşı aqressiv münasibət sərgiləyir.SOCAR-ın layihəsinə aqressiv və qərəzli münasibət də bu viziondanqaynaqlanır.
İnsaflı yanaşılsa, doğrudan da Azərbaycanda keçirilənantikorrupsiya əməliyyatları daxili auditoriyaya, hakimiyyətin içproblemlərinə və  perspektivlərinə həsr olunub.  AKP iqtidarı buhadisəni hər nə qədər “Bakü bizimlə alay ediyor”, kimi qavrasa da,əslində Bakının dərdi bir başqadır -  korrupsiya və rüşvətxorluq AKPiqtidarı qədər də, bəlkə də daha çox Azərbaycan iqtidarını ağuşuna alıb.  

Ümumi götürdükdə isə, Türkiyə ilə Azərbaycan arasında son illərzaman-zaman gərginliklər yaşanıb. Türkiyə-Ermənistan sərhədlərininaçılmasını nəzərdə tutan Sürix protokolu, Şəhidlər Xiyabanında TürkiyəDəyənət Vəqfinin inşa etdiyi Şəhidlər məscidinin bağlanması, Türkiyəyəsatılan qazın qiyməti ilə bağlı uzun çəkən danışıqlar hökumətlərarasımünasibətdə ciddi problemlər yaratmışdı. İndi də Türkiyəni titrədən 17dekabr həbsləri münasibətlərdə gərginliyin yaranmasına səbəb olub. Ammainanırıq ki, bu da keçicidir. //musavat.com