Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın təşəbbüsünə qoşularaq Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Nəsimi ili çərçivəsində ümumilikdə 100 min ağac əkəcək.
Qaynarinfo SOCAR-a istinadən xəbər verir ki, il ərzində indiyədək şirkətin əməkdaşları tərəfindən ağacəkmə kampaniyaları və iməciliklərdə 92 min ağac əkilib.
İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə respublika ərazisində ümumilikdə 650 min ağac əkilməsi nəzərdə tutulur.
Qeyd edək ki, SOCAR əvvəlki illərdə də neftlə çirklənmiş əraziləri təmizləyərək, ağacəkmə kampaniyaları keçirib.
Şərhlər