Ekonomiks 20:19 17.10.2014

SOCAR neftin qiymətini azaltdı - Gürcüstanda

“Socar Georgia Petroleum” şirkəti Gürcüstanda neft məhsullarının qiymətini yenidən azaldıb.

“Qafqazinfo”nun məlumatına görə, oktyabrın 13-dən “Socar Georgia Petroleum”ə məxsus yanacaqdoldurma məntəqələrində neft məhsullarının bütün növlərində qiymətlər aşağı salınıb. Oktyabrın 17-dən qiymətlər yenidən 3-5 tetri, yəni 1-2 qəpik (2-3 sent) azaldılıb.

Beləliklə, “Socar Georgia Petroleum” şirkətinə məxsus şəbəkələrdə dizel yanacağının 1 litri 2,04 lari, (91 qəpik), Avropa ekoloji standartlarının tələblərinə cavab verən dizel yanacağının 1 litri isə 2,21 lariyə (99 qəpik) satılır. “Requlyar” benzininin 1 litrinin qiyməti 2,04 lari (91 qəpik), “Avrorequlyar” -2,08 lari (93 qəpik), “Premium”-2,16 lari (97 qəpik), “Super”-2,25 lari (1,01 manat) təşkil edir.

Qeyd edək ki, son iki ayda “Socar Georgia Petroleum”un yanacaq doldurma məntəqələrində neft məhsullarının qiyməti 6 dəfə aşağı salınıb. Nəticədə neft məhsulları 8-10 tetri (3-4 qəpik) ucuzlaşıb.

Qaynar.info