Ölkə 17:23 19.04.2018

"SOCAR Polymer”: "İşçilərin etiraz aksiyası keçirməsi haqda yayılan məlumatlar həqiqəti əks etdirmir"

"SOCAR Polymer” Məhdud Məsuliyyətli Cəmiyyətində işçilərin etiraz aksiyası keçirməsi barədə yayılan məlumatlar həqiqəti əks etdirmir.

Qaynarinfo xəbər verir ki, bu barədə "Report”a "SOCAR Polymer”dən bildiriblər.

Şirkətdən verilən məlumata görə, bütün işçilərin əmək haqqları bir həftə əvvəl tam olaraq ödənilib. 

"Hazırda işlər qaydası üzrə gedir, işçilərdən heç bir şikayət daxil olmayıb”, - şirkətdən qeyd ediblər.