Ekonomiks 21:39 12.05.2015

SOCAR Türkiyəyə daha 10 milyard dollar pul qoyacaq

2008-2014-cü illərdə Dövlət Neft Şirkəti (SOCAR) Türkiyədəki “Petkim” layihəsinə 2,2 milyard dollar investisiya qoyub. Fins.az-ın məlumatına görə, bu barədə SOCAR prezidenti Rövnəq Abdullayev məlumat verib. 

Onun sözlərinə görə, qarşıdakı illərdə Türkiyəyə daha 10 milyard dollar pul qoyulacaq və 2023-cü ildə “Petkim”in yerli bazarda payı 40%-ə çatdırılacaq.

Rövnəq Abdullayev onu da qeyd edib ki, beynəlxalq enerji bazarlarındakı qeyri-sabit vəziyyətə baxmayaraq “Cənub qaz dəhlizi” və “Şahdəniz-2” layihəsi ilə bağlı işlər davam etdirilir: “Ümumilikdə, 3500 km-lik qaz boru kəmərləri sistemi yaradırıq. Eyni zamanda TANAP layihəsini həyata keçiririk. Bu kəmərin ötürücülük qabiliyyəti əvvəlcə 16 milyard kubmetr olacaq, sonra bu rəqəm 2 dəfə artırılacaq. Uzunluğu 871 km olan TAP layihəsi isə 2020-ci ildə Azərbaycan qazını İtaliyaya çatdıracaq”.

Qaynar.info