Video 09:47 01.09.2018

Soçidə təyyarə qəza enişi etdi: 18 yaralı var (VİDEO)

Moskvadan Soçi şəhərinə yola düşən "UTair" şirkətinə aid "Boeing 737" sərnişin təyyarəsi qəza enişi edib.

Qaynarinfo RIA Novosti-yə istinadən xəbər verir ki, küləkli və yağışlı hava şəraiti ilə əlaqədar 2 dəfə çətin eniş cəhdi edilib. Təyyarə çəpərlərə çırpılıb, qanadını itirib və motorunda yanğın baş verib. Hadisə zamanı təyyarədə olan 164 sərnişindən 18-i yaralanıb, onlardan 3-ü uşaqdır.

Qəza ilə bağlı istintaq prosesinə başlanılıb.

Gülşən