İdman 10:09 09.01.2014

Soçidən kütləvi evakuasiya PLANI

İdmançıların, federasiya üzvlərinin və qonaqların daxil olduğu 375 adamı diqqətdə saxlayacaq

Amerika xizək idmanı və snoubordinq federasiyası fövqəladə hallar zamanı Soçi qış olimpiadasından kütləvi evakuasiya planı hazırlayıb. 

ANS PRESS “USA Today”a istinadən bildirir ki, bununla bağlı özəl mühafizə şirkəti “Global Rescue” ilə saziş bağlanıb. Şirkətin rəhbəri Den Riçardsın sözlərinə görə, evakuasiya üçün hər birinin yer tutumu 200 nəfər olan beş təyyarə rezervə götürülüb. 

Bütünlükdə isə “Global Rescue” idmançıların, federasiya üzvlərinin və qonaqların daxil olduğu 375 adamı diqqətdə saxlayacaq. 

Qaynar.info