Foto 20:58 26.10.2018

Sofiya İlham Əliyevlə görüşündən yazdı (FOTO)

Dünyanın ən məşhur robotu Sofiyanın rəsmi "Twitter" səhifəsində onun Azərbaycan Prezidenti İlham Əliyevlə görüşünə dair paylaşım edilib.

Qaynarinfo xəbər verir ki, Sofiyanın ölkə başçısı ilə birgə çəkilmiş fotosu paylaşılaraq "Azərbaycan prezidenti ilə görüşmək şərəf idi. Biz "ASAN Xidməti" və süni İntellektin dövlət sektorunu necə yaxşılaşdıra biləcəyini müzakirə etdik. Məni qəbul etdiyiniz üçün təşəkkürlər!" - deyə yazılıb.
 

Xatırladaq ki, məşhur robot Sofiya oktyabrın 22-də İmişli "ASAN Həyat” kompleksində Prezident İlham Əliyevə təqdim olunub.