Dünya vətəndaşlığına qəbul edilmiş robot Sofiya öz xüsusiyyətlərinə yenisini əlavə edəcək.

Qaynarinfo xəbər verir ki, Hon Konqun "Hanson Robotics" şirkəti tərəfindən istehsal edilən və Səudiyyə Ərəbistanının vətəndaşlıq verdiyi Sofiya Efiopiya Elm və Texnologiya Nazirliyinin təşəbbüsü ilə paytaxt Əddis-Əbəbəyə gətirilib. Nazir Qetahun Mekuriya Sofiyanın İngilis dilindən əlavə Efiopiyanın dili olan Amharca danışacağını bildirib. 

Efiopiyada təşkil edilən bir çox tədbirlərdə iştirak edəcək robot baş nazir Abiy Əhmədlə şam yeməyi yeyəcək. 

Digər tərəfdən ölkəyə gətirilərkən robotun bəzi hissələrinin itdiyi və buna görə proqramda dəyişikliklərin edildiyi deyilir.

Qeyd edək ki, Sofiya BMT tərəfindən rəsmi şəxsiyyətə sahib ilk robot elan edilib.

Gülşən