Yunanıstanın "Panionios" klubu ilə müqavilə imzalayan Araz Abdullayev Bakıya qayıdıb.  
 
Qaynarinfo futbol11.az-a istinadən xəbər verir ki, 26 yaşlı futbolçu Yunanıstan təmsilçisindən ayrılıb. Məlumata görə, futbolçu şəxsi problemlərini əsas gətirərək, Bakıya geri dönüb. O müqavilə bağlayandan sonra "Panionios"un heyətində cəmi 1 məşq edib və məşçi ilə danışdıqdan sonra klubu tərk edib.

Arazın "Panionios"un düşərgəsinə qayıtmayacağı dəqiqdir. O, şəxsi instagram hesabında "Panionios"la bağlı paylaşdığı şəkli də silib.  

Abdullayev ilə 2 illik müqavilə imzalayan yunan klubu Qəbələyə 80 min dollar ödəyib.