İngiltərə millisi dünya çempionatına qatılmaqdan imtina edə bilər. 

Qaynarinfo xəbər verir ki, bu barədə ölkənin xarici işlər naziri Boris Yohnson açıqlama verib.

Parlamentdə çıxış edən nazir bildirib ki, İngiltərədə bildirib ki, Rusiya vətəndaşı olan və ingilis kəşfiyyat xidməti MI6-ya çalışan  Sergey Skripalın zəhərlənməsinin arxasında Rusiyanın olduğu sübut olunsa, ölkəsi futbol üzrə dünya çempionatından imtina edə bilər. 
Yohnson qeyd edib ki, olayda bir dövlətin barmağının olması isbat edilsə, İngltərənin buna cavabı ağır olacaq.

Qeyd edək ki, Skripal dünən mənşəyi bilinməyən bir maddə ilə zəhərlənərək xəstəxanaya yerləşdirilib. Onunla birlikdə 33 yaşlı qızı da zəhərlənib. Hər iki şəxsin vəziyyəti ağırdı. 

Skripalın 2010-cu ildə yüksək vəzifəli bir agentin dəyişdirilməsi əməliyyatında yer almışdı. Rusiya məhkəməsi onu İngiltərəyə agentlik etməsi ittihamı ilə 2006-cı ildə 13 il azadlıqdan məhrum etmişdi. 2010-cu ildə ABŞ-da tutulan 10 rus agent Astriyanın paytaxtı Vyanaya gətirilmiş və Rusiyanın casusluqda ittiham edərək həbs etdiyi 4 nəfərlə dəyişdirilmişdi. Dəyişdirilmədən sonra sərbəst buraxılan Skripal həmin vaxtdan İngiltərədə yaşayırdı.

Rusiya MI6 üçün Avropada gizli kəşfiyyat işləri aparmış Skripalın 1990-ci ildən etibarən İngiltərə kəşfiyyatına sızdırdığı məlumatlar qarşılığında 100 min dollar aldığını açıqlamışdı.