Dünya 19:02 04.02.2018

Son 1 həftədə qrip 16 uşağın ölümünə səbəb olub

ABŞ Xəstəliklərin Yoxlanışı və Mühafizəsi Mərkəzindən (CDC) verilən açıqlamada son 1 həftədə ölkədə 16 uşağın qripdən öldüyü bildirilir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, oktyabrdan bəri qripdən ölənlərin sayı isə 53 nəfərə çatıb. CDC-nin rəhbər şəxslərindən olan Ann Şakhat bildirib ki, bu rəqəm 2010-cu ildən bəri qeydə alınmış ən pis nəticədir. Son 2 ildə H3N2 virusu daha geniş yayılıb və insanlar xəstəliyi daha ağır keçirir. 

Rəsmilər ABŞ hökümətinin qriplə mübarizə üçün tədbirlər alacağını vurğulayıb və insanlardan xəstəlikdən mühafizə üçün məsələyə ciddi yanaşmaq tələb edilib.

Gülşən