Foto 16:25 08.12.2017

Son 17 ildə neçə azərbaycanlı Norvec vətəndaşlığı alıb? - İNFOQRAFİKA

1990-2016-cı illərdə 233 Azərbaycan vətəndaşı naturalizasiya qaydasında Norvec vətəndaşlığını qəbul edərək həmin ölkənin passportunu əldə edib. 

Bu barədə Qaynarinfo Norvecin Statistika İdarəsinə istinadən xəbər verir. 

Məlumatda qeyd olunur ki, şəxsi vəsatətlə Norvec vətəndaşlığını əldə edən şəxslərin statistikası 1977-ci ildən aparılır. 

Statistikaya əsasən 1977-2000-ci il arası Norvec vətəndaşlığını qəbul edən azərbaycanlı olmayıb. Lakin 2001-2016-cı illər üçün bu göstərici 233 nəfər təşkil edib. Norvec passportu əldə edən azərbaycanlıların ən çoxu 2007-ci ilə təsadüf edir.  Həmin il 28 nəfər azərbaycanlı Norvec passportu əldə edib. İdarədən Qaynarinfo-nun sorğusuna cavab olaraq bildirilib ki 2017-ci il üçün olan göstəricilər gələn il mayın 23-ü açıqlanacaq.

Passport İndex portalına əsasən dünyanın ən nüfüzlu passportlar siyahısında Norvec passportu dördüncü yerdə qərarlaşır. Bu ölkənin vətəndaşları əvvəlcədən viza almadan 158 ölkəyə səfər edə bilərlər.

Vüsal Əzizov