Dünya 23:06 24.02.2018

Son 9 ildə 22 təyyarə qəzası: 2976 ölü

2009-cu ildən bu yana dünyada 22 təyyarə qəzası baş verib və bu qəzalarda 2976 nəfər ölüb, sadəcə 2 nəfər həyatda qalıb.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir, 2013-cü ildə aparılan araşdırmalar görə dünyada 20 min təyyarə var. Hər il təxminən 5 faiz artdığını nəzərə alaraq, hazırda dünyada 22 minə yaxın təyyarə olduğu irəli sürülür.

Mülki təyyarə qəzalarının qeydiyyatı 1942-ci ildən bəri aparılır. Bu qeydlərə əsasən xüsusilə 1950-ci ildən hava nəqliyyatında müşahidə olunan artım səbəbindən 1970-ci illərə qədər illik ortalama 1500-2000 itki olub. Aviasiya məlumatlarına əsasən 1942-ci ildən bəri ən çox qəza 1972-ci ildə baş verib və nəticədə 2373 nəfər ölüb. Sonrakı illərdə qəzaların və ölüm hallarının sayı azalsa da, ikinci ən böyük itki (2010 nəfər) 1985-ci ildə və üçüncüsü isə (1845 nəfər) 1997-ci ildə olub.

"Aviation Safety Network"un (Aviasiya Təhlükəsizliyi Şəbəkəsi) məlumat bazasındakı qeydlərə əsasən son 9 ildin ən dəhşətli qəzaları bunlardır:

20 may 2009-cu il, İndoneziya - 97 ölü

Cakarta-Halim Perdanakusuma Hava Limanından Madiun-Iswahyudi hava limanına gedən "Lockheed C-130 Hercules" tipli təyyarə Cava adasının şərqində qəzaya düşüb.

1 iyun 2009-u il, Fransa - 228 ölü

Braziliyanın Rio-de-Janeyro - Qalean Beynəlxalq aeroportundan Fransanın Paris-Çarlz de Qaulle hava limanına uçan Fransa Hava Yollarına məxsus "Airbus A330-200" markalı təyyarə transatlantik uçuşu zamanı Atlantik okeanına düşüb. Hadisədən sonra Braziliya və Fransada 3 günlük matəm elan olunub.

30 iyun 2009-cu il, Yəmən - 152 ölü

Yəmən Hava Yollarına aid "Airbus 310" tipli təyyarə Komor adalarının yaxınlığında düşüb. Təyyarədən sadəcə bir gənc qız sağ çıxa bilib.

15 iyul 2009-cu il, İran - 168 ölü

Xəzər hava yollarına aid, reys nömrəsi 7908 olan "Tupelov" tipli sərnişin təyyarəsi İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxdıqdan 16 dəqiqə sonra Cənnətabad kəndi yaxınlığında düşüb. Ermənistana gedən təyyarədə baş verən qəzada 168 nəfər ölüb.

25 yanvar 2010-cu il, Efiopiya - 90 ölü

Beyrut Beynəlxalq Hava Limanından  Efiopiyanın paytaxtı Əddis-Əbəbəyə gedən "Boeing 737-800" tipli təyyarə Livanda düşüb.

10 Aprel 2010-cu il, Polşa - 96 ölü

Polşanın Varşava-Okençe aeroportundan qalxan "Tupolev Tu-154" tipli təyyarədə Polşanın dövlət başçısı Lex Kaçinski və həyat yoldaşı da var idi. Rusiyanın Smolensk Hava Limanına yaxınlaşarkən düşən təyyarədə Kaçinski və həyat yoldaşı, Polşa Mərkəz Bankının sədri, ölkənin baş qərargah rəisi də daxil olmaqla 96 nəfər ölüb.

12 May 2010-cu il, Cənubi Afrika - 103 ölü

CAR-ın Yohannesburq-OR Tambo Beynəlxalq Aeroportundan qalxan "Airbus A330-202" sərnişin təyyarəsi Liviyada Tripoli hava limanına eniş edərkən düşüb. Qəza zamanı 11-i ekipaj üzvü olmaqla 103 nəfər ölüb, 8 yaşlı hollandiyalı bir uşaq sağ qalıb.
 
22 May 2010-cu il, Pakistan - 158 ölü

Dubaydan qalxan Air India Express Hava Yolları şirkətinə məxsus "Boeing 737-8HG" tipli sərnişin təyyarəsi Hindistanın cənubundakı Manqalore şəhərinə enərkən düşüb.

28 İyul 2010-cu il, Pakistan - 152 ölü

Airblue şirkətinə aid "Airbus A321-231" tipli təyyarə Karaçi Beynəlxalq Hava Limanından havalanıb, İslamabada enərkən düşüb.

26 İyul 2011-ci il, Mərakeş - 80 ölü

Daxladan qalxan hərbi təyyarə Goulimime aeroportuna gedərkən düşüb. Qəzada 60 əsgər, 11 mülki şəxs və 9 ekipaj üzvü ölüb.

20 Aprel 2012-ci il, Pakistan - 127 ölü

Karaçi aeroportundan qalxıb İslamabada gedən "Bhoja Airlines"ə məxsus "Boeing 737-236" tipli sərnişin təyyarəsi İslamabad yaxınlığında qəzaya düşüb.
 
3 İyun 2012-ci il, Nigeriya - 153 ölü

Paytaxt Abucada Laqosa uçan Dana Hava Yolu şirkətinə aid "MD-83" tipli sərnişin təyyarəsi Laqosda bir binaya çırpılaraq düşüb.

17 noyabr 2013-cü il, Rusiya - 50 ölü

Tatarıstan Hava yollarına aid "Boeing 737-53A" tipli sərnişin təyyarəsi Kazan hava limanına enərkən düşüb.

8 Mart 2014-cü il, Malayziya - 239 ölü 

Malayziyanın paytaxtı Kuala-Lumpurdan Çinin paytaxtı Pekinə gedən Malayziya hava yollarına aid "Boeing 777" tipi təyyarə radardan itib və tapılmayıb.

17 İyul 2014-cü il, Ukrayna - 298 ölü 

Hollandiyanın Amsterdam-Schiphol Beynəlxalq Hava Limanından qalxıb Malayziya Kuala-Lumpur Subang Beynəlxalq Hava Limanına gedən "Boeing 777-200" tipli sərnişin təyyarəsi Şərqi Ukrayna üzərində rus mərmisiylə vurulub, 298 nəfər ölüb.

28 Dekabr 2014-cü il, İndoneziya - 162 ölü

AirAsia Hava Yollarına aid "Airbus A320" tipli sərnişin təyyarəsi, İndoneziyanın Surabaya şəhərindən Sinqapura uçarkən Cava dənizinə düşüb.
 
24 Mart 2015-ci il, Fransa - 150 ölü 

Germanwings hava yolu şirkətinə aid "Airbus A320" tipli sərnişin təyyarəsi Barcelona El Prat Hava Limanından Düsseldorf Beynəlxalq Hava Limanına gedərkən Fransanın Alp Dağları bölgəsinə düşüb.

30 İyun 2015-ci il, İndoneziya - 122 ölü

İndoneziya Hava Qüvvələrinə aid "Hercules C-130" tipli nəqliyyat təyyarəsi Şimali Sumatra əyalətinin paytaxtı Medanda Tanjung Pinang-Kidjang Hava Limanına doğru havalandıqdan 5 dəqiqə sonra düşüb.
 
25 dekabr 2016-cı il, Rusiya - 92 ölü

Rusiyanın Soçi şəhərindən çıxan və Suriyadakı Əl-Laziqiyyə Hava Limanına gedən "Tu-154B-2" tipli təyyarə Qara dənizə düşüb. Təyyarənin dağıntıları 50-70 metr dərinlikdə tapılıb. Qəzada məşhur Qızıl Ordu Xorunun üzvləri də daxil olmaqla 92 nəfər ölüb.

7 İyun 2017-ci il, Myanma - 122 ölü

Myanma Hava Qüvvələrinə aid "Şaanxi Y-8-200F" hərbi təyyarəsi ölkənin cənub sahillərində dənizə düşüb. Təyyarə hərbi personal və onların ailələri var idi.

11 Fevral 2018-ci il, Rusiya - 71 ölü

"Saratov aviaxətləri" şirkətinin An-148 təyyarəsi Domodedovo aeroportundan havaya qalxdıqdan sonra qəzaya uğrayıb. Təyyarə Orsk hava limanına gedirdi.

18 Fevral 2018-ci il, İran - 66 ölü

İranda, Tehrandan ayrılan və Yasuca gedən "Aseman Airways" şirkətinə məxsus sərnişin təyyarəsi İsfahan vilayətinin Səmirom şəhəri yaxınlığında dağlıq əraziyə düşüb.