Dünya 11:53 16.09.2019

Son dəqiqə: PKK-ya böyük zərbə - MİT və TSK-dan əməliyyatlar

TSK və MİT-in koordiniasiyasıyla İraqın şimalındakı Qara bölgəsində təsbit edilən 3 PKK-çı terrorçu hava zərbələriylə zərərsizləşdirilib.

Qaynarinfo xəbər verir ki, bu haqda Türkiyə Milli Müdafiə Nazirliyinin açıqlamasında deyilib.

DİN-in yaydığı məlumatda Tuncelidə bir terrorçu silahıyla birgə məhv edilib. Axtarış nəticəsində 1 kalaşnikov piyada tüfəngi, 3 kalaşnikov maqazini, əl bombası, bel çantası və terrorçu geyimi ələ keçirilib. Vanda isə əməliyyat nəticəsində 5 terrorçu silahıyla birgə zərərsizləşdirilib. 

Bundan başqa, Pəncə-3 hərəkatı çərçivəsində uzaqdan komanda ilə çalışan 82 mm-lik minamyot mərmisi və 3 kiloluq bidonda kustar üsulla hazırlanmış qumbaralar, 2 sığınacaqda tapılan 2 barel mazut, 2 su çəni və bir xeyli qida və 2 terrorçu məhv edilib. 

Diyarbəkirdə ələ keçərək Mardinə gətirilən PKK-çı terrorçunun verdiyi məlumatlara əsasən təhlükəsizlik gücləri Öməryan çölündə əməliyyat keçirib və 12 nöqtədə axtarış aparılıb. Əməliyyatda 4 əl bombası, snayper silahı, 2 uzun lüləli silah, 2 RPG-7 raket qurğusu, 2 raket başlığı, 7 raket fişəngi, M-16 tüfənginə aid 8 maqazin, xeyli fişəng, gecə durbini, rabitə qurğusu, 3 dinamit parçası, 2 kustar partlayıcı açarı, radiosistemə bağlanmış partlayıcı və bir sıra başqa silah-sursat, müxtəlif həyati vasitələr ələ keçirilib.
 


Alpər