17 mərtəbəli binadakı yanğın söndürüldü: 25 nəfər təxliyə olundu (FOTO+VİDEO/YENİLƏNİB)
Xırdalanda 17 mərtəbəli binada başlayan yanğın söndürülüb.
Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğınsöndürənlərin hadisə yerinə gəlişindən qısa zaman sonra yanğın nəzarət altına alınıb. 25 nəfər təxliyə olunub.
FHN-nin briqada rəisi, polkovnik-leytenant Səbuhi HüseynovQaynarinfo-ya bildirib ki, hadisə zamanı xəsarət alan yoxdur.
Təxliyə olunan sakinlərə təcili yardım briqadası ilkin yardım göstərir.
***
12.50
Xırdalanda 17 mərtəbəli yaşayış binasında güclü yanğın başlayıb.
Qaynarinfo-nun hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, Xırdalanın mərkəz prospektində yerləşən binada başlayan yanğın getdikcə şiddətlənir. Əhali köməksiz vəziyyətdə qalıb. Məlumata görə, hələlik FHN əməkdaşları hadisə yerinə gəlməyib.
Şərhlər