Foto 16:58 10.02.2018

Son dövrlərin trend qidası: Matça nədir? (FOTOLAR)

Son illərin trend qidalarından biri matça çayı və ya matça pudrasıdır.

Qaynarinfo xəbər verir ki, "Instagram" sosial şəbəkəsində, sağlamlıq, qidalanma ilə bağlı bloqlarda tez-tez bu qidadan istifadəyə rast gəlirik. Matça içkiləri, matça peçenyeləri, matça şirniyyatlarını sosial şəbəkələrdə tez-tez görmək mümkündür. 

Matça XII əsrdən bəri Yaponiya və Çində geniş istifadə olunan antioksidantlarla zəngin çaydır. Matça pudrası yaşıl çay yarpaqlarından əldə edilir. Matça kolları günəş şüalarından mühafizə edilmək üçün bağlanır. Nəticədə, kolun inkişafı zəifləyir, çayın yarpaqlarında isə xlorofil və amin turşusunun miqdarı artır, daha güclü dada malik çay əldə edilir. Matçanı adi yaşıl çaydan fərqləndirən əsas xüsusiyyət, güclü dad və bitkinin tərkibindəki maddələrin hamısını saxlamağı, məhsulun emalı müddətində antioksidant itkisinin baş verməməsidir. 

1 stəkan matça çayı 1 stəkan yaşıl çaydan 10 dəfə daha faydalı, antioksidantlarla 137 dəfə daha çox zəngindir. Bu çay insanı ürək xəstəlikləri, xərçəng, xalesterol və iflicdən mühafizə edir. Matça maddələr mübadiləsini sürətləndirən və çəki atmağa kömək edən, həmçinin konsentrasiya problemi olanlar üçün faydalı çaydır. 

Gülşən