Sənət 14:32 26.11.2018

"Sonuncu İmperator" Bertoluççi vəfat etdi

Dünya şöhrətli italyan rejissor Bernado Bertoluççi 77 yaşında vəfat edib.

Qaynarinfo Variety-yə istinadən xəbər verir ki, Bertoluççi xərçəng səbəbilə ölüb.

Rejissor "Last Tango in Paris", "The Dreamers", "The Last Emperor", "The Conformist" kimi dünya şöhrətli filmlərin müəllifi idi. Bernardo Bertoluççi "The Last Emperor" (Sonuncu İmperator) filminə görə bütün, yəni 9 kateqoriya üzr Oskar mükafatına sahib çıxmışdı. Bertoluççu bu günə qədər "Ən yaxşı rejissor üzrə Oskar mükafatı"na sahib çıxmış ilk və tək italyandır.
"The Last Emperor" "Academy Awards" mükafatının da sahibidir.

Gülşən