Ekonomiks 13:01 08.10.2013

Sosial ipotekaya ayrılan vəsait artırılır


Azərbaycanın 2014-cü il dövlət büdcəsinin layihəsində ölkədə sosial ipotekanın tətbiqinin genişləndirilməsi üçün İpoteka Fonduna 40 mln. manat həcmində vəsaitin ayrılması nəzərdə tutulur.

APA-nın məlumatına görə, bu, «Azərbaycan Respublikasının 2014-cü ilin dövlət və icmal büdcələrinin layihələrinin təqdimatı»nda deyilir.

Qeyd edək ki, gələn il ayrılması planlaşdırılan vəsaitlərin həcmi 2013-cü il üçün ayrılması nəzərdə tutulan vəsaitlərin həcminə bərabərdir.

Təqdimata əsasən, fəaliyyətə başladığı dövrdən (2014-cü il nəzərə alınmaqla) dövlət büdcəsindən ayrılan və digər mənbələrdən daxil olan vəsaitlər hesabına Azərbaycan İpoteka Fondunda 216 mln. manat həcmində vəsait ehtiyatı yaranacaq.

Qaynar.info