Sosial şəbəkələr Şahzadə Çarlzla Pensin bu görüntüsündən danışır (VİDEO)

Sosial şəbəkələr Şahzadə Çarlzla Pensin bu görüntüsündən danışır (VİDEO)

Auşvitz alman düşərgəsinin xilas edilməsinin 75-ci ildönümü münasibətilə keçirilən tədbirə Böyük Britaniya şahzadəsi Çarlzla ABŞ-ın vitse-prezidenti Mayk Pensin görüntüsü damğa vurub.

Qaynarinfo xarici mətbuata istinadən xəbər verir ki, tədbirdə hər kəslə görüşən Çarlz Pensin əlini sıxmayıb. Şahzadə ilə görüşmək üçün əlini uzadan Pens pərt olub. Kameralara düşən bu görüntü sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Kral ailəsindən verilən açıqlamada isə bildirilib ki, Çarlz mərasimdən öncə Pens və həyat yoldaşı ilə görüşdüyü üçün yenidən salamlaşmayıb.
 
Camal

XƏBƏRLƏR
BLOGLAR