Dünya 17:24 17.07.2017

Sosial şəbəkələrdə ən çox istifadə olunan emojilər

Bu gün Dünya Emoji Günüdür. 2014-cü ildə ilk dəfə elan olunan Dünya Emoji Günü bu gün 4-cü ildir ki, bütün dünyada qeyd olunur. 

"Qaynarinfo" sizə müxtəlif sosial şəbəkələrdə ən çox istifadə olunan emojilərin statistikasını təqdim edir:

 "Twitter"daki emojiləri təqib edən emojitracker.com-a görə, "Twitter"da ən çox istifadə olunan emoji , gülməkdən gözləri yaşaran emojidir. 17 iyuldan etibarən 1,7 milyarddan çox istifadə olunub.


 Worldemojiday.com-un verdiyi məlumata görə, 2015-ci ilin ortalarından "İnstagram"da paylaşılan şərhlərin çoxunda emoji istifadə olunmağa başladı. 

"Twitter"da emoji istifadə edənlərin 86%-i 24 yaşlarında olan gənclər və 54%-i qadınlardır.

Emojipedia-ya görə "Facebook" və "Messenger"də hər gün 5 milyard emoji göndərilir. 

Emojipedia İOS sisteminin 2011-ci ildə 473, 2017-ci ilin Mart ayından isə 2373 emojini dəstəklədiyini bildirir.

"Twitter"da #worldemojiday həştaqı ilə 6682 "twitt" atılıb.

İri gözlərinı bərəldib baxan göz emojisi 2016-cı ildə "Dünya Emoji Mükafatları" yarışmasında ən yaxşı emoji seçilib.

 

Qaynarinfo.az