İdman 13:49 16.01.2020

Sosial şəbəkələrdə Qurban Qurbanova qarşı təxribat (FOTO)

Dünən axşam "Facebook” sosial şəbəkəsində "Qarabağ”ın baş məşqçisi Qurban Qurbanova qarşı təxribat yaşanıb.

Qaynarinfo xəbər verir ki, Qurban Qurbanovun adına açılmış saxta səhifələrdən biri fevralın 9-da keçiriləcək Milli Məclisə növbədənkənar seçkilərdə namizəd olan şəxslərə qarşı böhtan kampaniyasına başlayıb.

Həmin paylaşımda namizədlər barədə müxtəlif ittihamlar səslənib, onların şəxsiyyəti müzakirəyə çıxarılıb. Buna etiraz edənlərin, Qurban Qurbanovun adından istifadə olunduğuna görə səhifəni qınayanların şərhləri isə silinib.