Şotlandiya klubu:

Şotlandiya klubu: "Qarabağ" qapıçımız üçün təklif göndərib"

"Mənə məlumat verildi ki, bir neçə həftə əvvəl "Qarabağ” qapıçımız üçün təklif göndərib".

Qaynarinfo xəbər verir ki, bu sözləri Şotlandiyanın "Sent Mirren” klubunun baş məşqçisi Cim Qudvin deyib.

İrlandiyalı mütəxəssis "Qarabağ"ın qapıçı Vatslav Qladkini istəməsi ilə bağlı xəbərləri təsdiq edib. Lakin baş məşqçi çex qapıçını buraxmaq niyyətində olmadıqlarını bildirib: "Ehtiyat variantımız olmadığından onu satmaq axmaqlıq olardı. Biz bu yay onu klubda saxlayacağıq. Vatslav çox yaxşı qapıçıdı. O, "Dandi Yunayted”lə oyunda 3 penalti zərbəsini dəf etdi".

Qeyd edək ki, "Qarabağ" çex qolkiper üçün Şotlandiya klubuna 200 min funt-sterlinliq (416 min manat) təklif edib. Vatslav Qladki 2016/17 mövsümündə Avropa Liqasının qrup mərhələsində Çexiyanın "Slovan” klubunun heyətində yer alsa da, "Qarabağ”la hər iki matçda ehtiyatda qalıb. O, bu ilin yanvarında "Slovan"dan "Sent Mirren”ə transfer olunub.

OXŞAR XƏBƏRLƏR

XƏBƏRLƏR
BLOGLAR