Foto 23:41 19.06.2018

Şotlandiyada 14 medal qazanan cüdoçularımız vətənə qayıdıblar (FOTO)

Şotlandiyanın Qlazqo şəhərində veteranlar arasında Avropa çempionatında böyük uğura imza atmış cüdoçularımız Vətənə dönüblər.

Qaynarinfo Report-a istinadən xəbər verir ki, mötəbər turnirdə 5 qızıl, 9 bürünc qazanan, medalların əyyarına görə kişilərin komanda hesabında 4-cü olan millimizin üzvlərini Heydər Əliyev Beynəlxalq Hava Limanında Azərbaycan Cüdo Federasiyasının rəsmiləri, idman ictimaiyyətinin nümayəndələri, jurnalistlər və idmançıların ailə üzvləri qarşılayıblar.

Qeyd edək ki, usta cüdoçularımız Fərhad Rəcəbli, Məmməd Məmmədov, Samir İsmayılov, Azər Fətullayev və İntiqam Ələkbərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu adını qazanıblar. Azər Əsgərov, Vüqar Babayev, Vüqar Budaqov, Yamən Fətiyev, Babək Hacıyev, Rüfət İsmayılov, Hafiz Hacıyev, Məhəmməd Müslümzadə və Zaur Paşayev qitə çempionatının bürünc medalına sahib olub. Milli komandamız iki yaş kateqoriyası üzrə (30-40, 40-50) keçirilən komanda yarışlarında bürünc medala layiq görülüb.