Maqazin 22:32 20.11.2017

Şou-biznesdəki ulduzlarımızın xaricdəki mülkləri

Hər zaman bahalı həyat tərzi ilə gündəmə gələn Azərbaycan şou-biznes ulduzları daha çox Türkiyədə ev almağa üstünlük verirlər.

"Qafqazinfo” xəbər verir ki, İstanbul şəhərində Brilyant Dadaşova, Röya Ayxan, Nadir Qafarzadə, Zamiq Hüseynov, Ayan Babakişiyevanın mənzili var. Azərbaycanın Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev Şimali Kiprdə, Samir Piriyev isə Bodrumda ev sahibidir.

Bundan əlavə, Xalq artisti, aktrisa Leyla Şıxlinskaya, müğənni Rəqsanə İsmayılova, aktyor, aparıcı Sərxan Kərəmoğlu, müğənni Nuri Sərinləndirici kimi tanınmışların Moskvada evləri var. "Eurovision – 2011” mahnı müsabiqəsinin qalibi Nigar Camalın Londonda mənzili mövcuddur. Həmçinin Xalq artisti Məleykə Əsədovanın ABŞ-da evinin olduğu deyilir.

Bundan başqa, Türkiyəyə birdəfəlik köçən və orada yaşayan müğənnilər İradə İbrahimova, Günel Zeynalova, model Günay Musayeva kimi azərbaycanlı tanınmışların da qardaş ölkədə evi var.

Qaynarinfo.Az