Ekonomiks 11:52 22.04.2013

Şou-biznesin məşhurları siqaretə "yox" dedi

Bakıda ilk dəfə "Park Cinema" kinoteatrlar şəbəkəsində 31 May - Beynəlxalq tütün əleyhinə mübarizə günündə “No Smoking” Film Festivalı gerçəkləşəcək. 

Axşam.az-ın məlumatına görə, “Addım” Yaradıcı Gənclər Assosiasiyasının təşkilatçılığı ilə gerçəkləşəcək festivalın video rolikində siqaretdən istifadə etməyən məşhurlar - Flora Kərimova, Murad Dadaşov, Brilliant Dadaşova, Həmidə Ömərova, Eldar Qasımov, Səbinə Babayeva, Elnarə Xəlilova, Firdovsi Atakişiyev, Elnur Məmmədov, Hüsniyə Məhərrəmova, Aytən Səfərova, Səxavət Nur, Elza Seyidcahan və başqaları çəkilib.

Qaynar.info