Video 20:12 30.12.2017

“Sovetski”də köçürmə prosesinin ikinci mərhələsi başlanır (TƏFƏRRÜAT)

Paytaxtın "Sovetksi" kimi tanınan ərazisində qəzalı vəziyyətdə olan və istismar müddətini başa vurmuş tikililər söküləcək.

Qaynarinfo "Xəzər TV"yə istinadən xəbər verir ki, görüləcək işlər barəsində Yasamal rayon icra başçısının müavini və köçürmə üzrə işçi komisyasının sədri Səməd İslamov məlumat verib. O, 2-ci mərhələ çərçivəsində köçürüləcək ünvanları da açıqlayıb.

Səməd İslamovun verdiyi məlumata görə, işlərə gələn aydan başlanılacaq və ərazi abadlaşdırılacaq.

Qeyd edək ki, "Sovetskidə" abadlaşdırma işlərinin birinci mərhələsi 26 hektarlıq sahəni əhatə etmişdi və burada 4300 ev və obyekt sökülmüşdü.