Video 18:24 24.01.2020

Soyuq havada küçədə gecələyənlərin aqibəti: Onlar hara yerləşdirilir? (VİDEO)

Havanın temperaturunun aşağı enməsi kimsəsiz, küçədə gecələyən insanlarım həyatını da təhlükəyə atır. Belə bir vəziyyətdə onların aqibəti necə olacaq, onlar harada yerləşdiriləcək?

ARB TV-nin "Günə doğru” verilişində məsələ ilə bağlı sujet yayımlanıb və məsələ araşdırılıb.

Bəybala Hacıyev – Sığınacaq sakini: "Qaynana evində yaşayırdıq, yoldaşım, qızım. Hər şey yaxşı idi, sonra mənim sağ ayağım kəsildi, ondan sonra qaynanam məni yola vermədi, məcbur oldum çıxdım”.

Samir İsmayılov – Sığınacaq sakini: "Anam rəhmətə getdi qışda. Elə ikimiz qalırıdıq, evimi satmışdım problemlər də çox idi, ailə problemləri”.

Onların hər birinin hekayələri fərqlidir. Söhbət soyuq qış günlərində evsiz-eşiksiz qalan insanlardan gedir. Küçələrdə gecələmək üçün isə Əmək və Əhalinin Sosial Müdafiə nazirliyi tərəfindən yaradılan sığıncaqlara sığınmalı olublar.

Rəşad Ağayev – Sığınacaq sakini: "3-cü aydı mən burdayam, 2007-də azadlığa çıxdım, 29 il ümumilikdə mən içəridə olmuşam. Çıxdım gəldim, qalmağa evim eşiyim yox idi”.

Samir İsmayılov – Sığınacaq sakini: "Burda vəziyyət çox yaxşıdı, sığınacaqda qalan digər şəxslərlə söhbət edirəm, telekanalları izləyirəm, yemək yeyirəm”.

Hazırda sığınacaqda 49 nəfər var və müəssisə yarandığı gündən isə ümumilikdə 128 nəfərə yardım olunub.

Anar İbrahimov – Sosial Sığınacağın Direktoru: "Əmək qabiliyyəti olan şəxslər yoxlanılır və dərhal dövlət məşğulluq xidmətinə müraciət olunur. İşlə bağlı digər hallarda onlara hüquqi yardımlarda göstərilir beləki pensiya təyinatındada köməklik olunur”.

Bundan başqa sığınacaqda insanların asudə vaxtlarını yaxşı keçirməsi üçün kitabxana, stolüstü oyunlar otağı, trinajor, televiziya otağı yaradılıb.

Anar İbrahimov – Sosial Sığınacağın Direktoru: "Sığınacaqda qalma müddəti 180 gündür, bu müddət ərzində biz onlarçün hüquqi sosial yardımlar göstəririk çalışırıq ki, bu müddət ərzində onlar öz evlərinə öz həyatlarını qura bilsinlər həyata adaptasiya olsunlar”.

Müstəsna hallarda isə insanlar burda qalma müddəti 6 aydan daha çoz uzadıla bilir.