Ölkə 16:19 11.10.2013

Soyuqlar düşəcək


Ölkə ərazisində bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 14-ü hava yenidən qeyri-sabit keçəcək


Ölkə ərazisində bir neçə gün davam edən mülayim hava şəraitindən sonra oktyabrın 14-ü axşamdan hava yenidən qeyri-sabit keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, qeyri-sabit hava şəraiti oktyabrın 16-sı gündüzə kimi davam edəcək. Həmin müddətdə havanın temperaturu əvvəlki günlərlə müqayisədə 2-3 dərəcə enəcək, rayonlarda şimşək çaxacaq, yağış yağacaq.

Oktyabrın 14-ü axşamdan 16-dək davam edəcək hava şəraiti payız ayı üçün xarakterik sayılır. Həmin müddətdə müşahidə ediləcək hava şəraiti oktyabrın 3-dən 8-dək müşahidə edilən hava şəraiti kimi soyuq olmayacaq.

Bakıda havanın temperaturu hazırda 20-24 dərəcə isti olduğu halda, oktyabrın 14-dən 16-dək maksimal temperatur 16-20 dərəcə olacaq. Rayonlarda isə hazırda havanın temperaturu 20-25 dərəcə isti olduğu halda, oktyabrın 14-dən 16-dək 16-21 dərəcə olacaq.


Qaynar.info