Texnologiya 12:00 24.12.2018

"SpaceX" ilk hərbi peykini yola saldı

"SpaceX" şirkəti ilin 21-ci və sonuncu "Falcon 9" raketini kosmosa yola salıb.

Qaynarinfo xəbər verir ki, raket Floridadakı "Cape Canaveral" bazasından yola salınıb və ABŞ Milli Təhlükəsizlik Qüvvələri üçün GPS peykini daşıyır. Bu, "SpaceX"in göndərdiyi ilk hərbi peykdir. 

500 milyon dollara başa gələn layihə həmçinin ABŞ-ın Beynəlxalq Kosmik Stansiyaya hərbi məqsədlə göndərdiyi ilk peykdir.

Gülşən