Ekonomiks 15:05 13.10.2014

Statoil “Şahdəniz”dəki payını satdı

Norveçin Statoil şirkəti Azərbaycanın “Şahdəniz” yatağının mənimsənilməsinə dair 15,5 faizlik payını satıb.

Oxu.Az 1prime.ru-ya istinadən xəbər verir ki, bu barədə Norveç şirkətinin məlumatında deyilir.

Sazişin dəyəri 2,25 milyard dollardan ibarət olub.

Sazişin bağlanması 2015-ci ilin əvvəlində nəzərdə tutulub.

“Şahdəniz” istehsalında Statoil-in payı 2014-cü ilin ikinci kvartalının sonuna olan nəticələrə görə sutkada 38 min barel neft ekvivalentindən ibarətdir.

Bundan başqa Norveç konserni Petronas-a Azerbaijan Gas Supply Company (AGSC) şirkətinin 12,4% aksiyasını satıb.

Bununla yanaşı Statoil vurğulayır ki, “şirkət, portfoliomuzda önəmli yeri olan Azərbaycanda fəaliyyətini davam etdirmək niyyətindədir”.

Statoil-in vitse-prezidenti Lars Kristianın bəyanatında qeyd edilib ki, Azərbaycan aktivlərini satmaq qərarı “portfelin optimallaşdırılması və şirkətin maliyyə uyğunluğunun yüksəldilməsi” ilə izah edilir, bu isə rəhbərliyin başqa məsələlər üzərində diqqətini cəmləməyə imkan verəcək.

Qaynar.info