Maqazin 10:36 13.03.2015

Stüardessanın rəqsi izlənmə rekordu qırır - VİDEO

Sosial şəbəkələrdə yayılan bir video izlənmə rekordu qırıb. Anspress-in məlumatına görə, videoda stüardessa təyyarədə sərnişinlərin gözü qarşısında rəqs edib.

Paylaşılan videonun Kanada Hava Yolllarına məxsus təyyarədə çəkildiyi bildirilir. Videonu paylaşan stüardessa bildirib ki, o, əvvəllər teatr sənətilə məşğul olub. Stüardessa videoya belə bir şərh yazıb: “Həyatda bir şeyi öyrənmişəm. Bir iş görərkən, sənə ətrafdakıların necə baxmasına fikir vermə”.

Görünür elə bu fikirlə də, stüardessa rəqs edərkən sərnişinlrin ona göstərdiyi reaksiyaya fikir verməyib.

Paylaşılan video 3 milyondan çox izləyicinin rəğbətini qazanıb.


Qaynar.info