Ekonomiks 20:14 22.11.2013

“Sultan’s” restoranından təkzib

“Sultan’s” restoranı “Sultan” restoranının qurbanı olub.  

Natamizlikdə ittiham olunan “Sutan” restoranı olduğu halda, bəzi saytlar “Sultan’s” restoranın loqosunu və ünvanını  göstərərək məlumat yayıblar.

“Sultan’s” restoranının rəhbərliyi haqqlarında iddia olunan məlumatların yanlış olduğunu və onlara aid olmadığını bildirib: “Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi bizim restoranda araşdırma aparıb və biz bu araşdırmadan uğurla çıxmışıq. Restoranımızın mətbəxində bütün təmizlik normaslarına riayət olunur. 

Müştərilərimizə hər zaman təzə qida təqdim olunur. Amma bəzi xəbər saytları məlumatı dəqiqləşdirmədən bizim adımızdan itifadə edib, xəbərlərində ünvanımızı göstərib, “Sultan” restoranı ilə “Sultan’s” restoranını səhv salıblar”.

“Sultan’s” restoranını rəhbəri bu xəbər saytlarının yanlış xəbər verdikləri üçün onların nüfuzuna xələr gətirdiyini bildirib: “Bu kimi xəbərlər bizim nüfuzumuza kölgə salır.  Təəssüf edirik ki, belə məlumata admız hallanıb”.

Qeyd edək ki,  dünən bəzi xəbər saytlarında Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin “Sutan” adlı restoran haqqında açıqladığı məlumatda səhvın “Sultan’s”  restoranın ünvanın göstəriblər. 

Qaynar.info