Dünya şöhrətli Formula 1 pilotu Mixael Şumaxerin vəziyyəti barədə yeni məlumatlar yayılıb.

"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, 2013-cü ildən komada olan alman pilotun ünsiyyət üçün bəzi siqnallar verdiyi və ailəsinin tibbi möcüzəyə ümid etdiyi bildirilir.

Qeyd edək ki, Şumaxer Alp dağında xizək sürərkən yıxılıb və ağır beyin zədəsi alıb. O, qəzadan sonra hərəkət edə və danışa bilmir. Pilotun ailəsi mətbuata qapalı həyat tərzi sürərək ictimaiyyətə məlumat verməkdən tamamilə imtina edir. 

Gülşən
Qaynarinfo.Az