Ölkə 22:06 19.10.2013

Sumqayıtda dəhşətli yanğın: Yüz minlik mal YANIR - YENİLƏNİB - VİDEO

Qaynar.info-nun hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, hazırda ticarət mərkəzindəki yanğın davam edir.

Bir neçə adam xəsarət alıb. Mağaza sahiblərindən bir neçəsi təcili yardım maşınları ilə xəstəxanaya çatdırılıb.

**

Sumqayıtda dəhşətli yanğın baş verib. 

Qaynar.info-nun hadisə yerində olan əməkdaşı xəbər verir ki, üçmərtəbəli "Karvan" ticarət mərkəzində güclü yanğın baş verib. Yanğın nəticəsində ticarət mərkəzinin birinci mərtəbəsi tamamilə yanıb. 

Mağaza sahibləri mallarını çıxartmaqda çətinlik çəkirlər. Hazırda hadisə yerində bir xeyli yanğın söndürən olsa da, yanğının qarşısını almaq mümkün olmayıb. Yanğın daha da şiddətli formada davam etməkdədir. 

Əməkdaşımız hadisə yerindədir və ən son məlumatları bizdən izləyin.

Elkin Xəlilov

Qaynar.info