İdman 19:05 26.06.2019

"Sumqayıt"da ispan məşqçi

"Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasovun fiziki hazırlıq üzrə köməkçisi müəyyənləşib.
 
Qaynarinfo klubun saytına istinadən xəbər verir ki, ispaniyalı məşqçi Edu Karo ilə 1 illik müqavilə imzalanıb.

Qeyd edək ki, UEFA A kateqoriyalı məşqçi Edu Karo İspaniyanın "CF Esplugenc", "CF Damm", "Terrassa FC", "CF Gavà" və Səudiyyə Ərəbistanının "Al-Hilal" komandalarında fiziki hazırlıq üzrə məşqçi kimi çalışıb.