Ölkə 10:21 17.05.2013

Sumqayıtda ölən şagirdin VİDEOSU

Videoda ölən şagirdin məktəbin həyətində şagird yoldaşları ilə güləşdiyi görünür

Dünyasını dəyişmiş Sumqayıt şəhər 17 saylı tam orta məktəbin 11-ci sinif şagirdi Azad İlyasovun video kadrları yayılıb.

Suqmayitxeber.com saytı araşdırma nəticəsində dünyasını dəyişən şagirdin özünün də sağlamlığına ciddi yanaşmadığını, həkimlərin özünü qorumaqla bağlı tövsiyələrinə əməl etmədiyini üzə çıxarıb. Əldə etdiyimiz video görüntüdə Azad öz məktəb yoldaşları ilə güləşir.

Videoda 1.55-ci dəqiqədən sonra ölən şagirdin məktəbin həyətində şagird yoldaşları ilə güləşdiyi görünür. Bu isə sual doğurur ki, əgər şagird ürəyinin xəstə olduğunu bilirdisə və həkim bunu qadağa qoyubsa nə üçün güləşirmiş?