Foto 10:23 21.02.2018

Sumqayıtda lift 8-ci mərtəbədə qırıldı: xəsarət alanlar var

Sumqayıt şəhərində çoxmərtəbəli binanın lifti qırılıb, üç nəfər ağır xəsarət alıb. 

Qaynarinfo-nun Report-a istinadən verdiyi məlumata görə, hadisə şəhərin 47-ci məhəlləsində baş verib.

Belə ki, çoxmərtəbəli yaşayış binasında hərəkətdə olan lift qırılıb. Hadisə nəticəsində üç nəfər –1981-ci il təvəllüdlü Sahil Əliağa oğlu Nəcəfov, 1982-ci təvəllüdlü Oruc Faiq oğlu İsmayılov və 1995-ci il təvəllüdlü Təbriz Famil oğlu Nəcəfli səkkizinci mərtəbədən yıxılaraq ağır xəsarətlər alıblar.

Yaralılar yerli sakinlərin köməyi ilə dərhal Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar. 

Faktla bağlı araşdırma aparılır.