Ölkə 10:12 17.02.2019

Sumqayıtda mağaza yanıb

Sumqayıtda yanğın hadisəsi qeydə alınıb.

Qaynarinfo-nun FHN-ə istinadən verdiyi məlumata əsasən, şəhərdə ümumi sahəsi 8 m² olan mağazanın lambirindən ibarət tavanı 4 m² sahədə və içərisində 1 ədəd soyuducu yanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.