Ölkə 12:34 17.05.2013

Sumqayıtda "yaşıl soyqırım" - FOTO

Ötən gün Sumqayıt şəhərində yenidən ağacların kəsilməsi olayı müşahidə olunub. 

Milli.аz xəbər verir ki, 1-ci mikrorayon, N.Nərimanov küçəsi, "Sumqayıt" şadlıq evinin yanında indiyədək fəaliyyət göstərən kafe sökülüb, ərazi hasara alınıb və həmin yerdəki 15-ə yaxın böyük ağac kəsilib. Maraqlıdır ki, ağaclar dibindən kəsilməyib, yerdən 1,5-2 metr hündürlükdə saxlanılıb. Xeberle.com saytına daxil olan məlumata əsasən, daxil olan məlumata görə, burada şadlıq evi tikiləcək.

Məsələyə münasibət öyrənmək üçün сайтын Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinin rəhbəri İradə İbrahimova ilə əlaqə saxlayıb. O, məsələ ilə bağlı nazirliyin müvafiq qurumunu xəbərdar edib və gün ərzində ictimaiyyətə ətraflı məlumat veriləcəyini deyib.

Qeyd edək ki, təqribən 1 ay öncə də Sumqayıtda Azərbaycan küçəsində C.Cabbarlı adına Mədəniyyət Evinin qarşısındakı parkda 50-yə yaxın yaşı 40-50 il olan zeytun və şam ağacları kəsilmişdi.

Qaynar.info