Foto 22:39 24.08.2019

Sumqayıtda şadlıq sarayı yanır (FOTOLAR)

Sumqayıtda yanğın baş verib.

Qaynarinfo-nun APA-ya istinadən məlumatına görə, hadisə şəhərin 17-ci məhəlləsində yerləşən "Nur" şadlıq sarayında qeydə alınıb.

Məlumata görə, sarayın binasında toy məclisi təşkil olunubmuş və yanğın da mətbəxin bacasından başlayıb. Binada olan bütün toy iştirakçıları təcili təxliyyə olunub.

Əraziyə FHN-in yanğınsöndürənləri cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində tədbirlər görülür.