Video 13:23 06.10.2018

Sumqayıtdakı 6 saylı orta məktəbdə milli qəhrəmanlarımıza hörmətsizlik (VİDEO)

Sumqayıtda şəhər 6 saylı tam orta məktəbin direktoru Milli Qəhrəmanlarımızın şəkilləri olan stendi divardan çıxararaq, məktəbin zirzəmisinə qoydurub.

Qaynarinfo xəbər verir ki, bu barədə vətəndaşlardan biri video çəkərək sosial şəbəkədə paylaşıb. Onun sözlərinə görə, direktor bu işinə görə ona etiraz edən müavini Seyran Həmzəyevi də işdən çıxarıb.
 
Məsələ ilə bağlı məktəbin direktoru İradə Məmmədova ilə əlaqə saxladıq. O, sözügedən videodan xəbərdar olduğunu və stend köhnə olduğundan, çıxartdıqlarını bildirib: "Bizim məktəb bu il təmir olunub. O stend köhnə olduğu üçün oradan çıxarmışıq. Təzəsi gətirilməlidir, lakin gətirilməyib. 1-ci günə hazır olacaq. Köhnənin yerinə yenisini qoyacağıq".
 
Direktor bu məsələyə etirazına görə müavinini işdən çıxartdığı ilə bağlı yayılan xəbərlərə isə belə cavab verib: "Xeyr, elə bir şey yoxdur. Seyran Həmzəyev öz ərizəsi ilə işdən çıxıb".

Sözügedən videonu sizlərə təqdim edirik: