Ölkə 11:13 12.06.2019

Sumqayıtın bu ərazisində qaz olmayacaq

Bu gün Sumqayıt şəhərinin təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

Sumqayıt Qaz İstismarı Sahəsindən Qaynarinfo-ya verilən məlumata görə, Sülh küçəsində yeni çəkilmiş polietilen qaz kəmərinin işlək qaz kəmərinə qoşulması ilə əlaqədar olaraq qaz təchizatında fasilə yaranacaq.

Belə ki, bu gün səhər saat 9:00-dan 17:00-dək şəhərin 1, 2, 3, 4, 5, 6, 7, 8, 12, 15, 16, 17, 18, 19, 22, 29, 30, 34, 45-ci məhəllələrində, 1, 5, 6-cı mikrorayonlarında, "Betonzavod” ərazisi və "İnşaatçılar” qəsəbəsində qaz təchizatı dayandırılacaq.

Aparılan təmir işləri yekunlaşdıqdan sonra təbii qazın verilişi təmin ediləcək.