Ölkə 12:31 21.10.2013

Sumqayıtlı ticarətçilər aksiya keçirilər - FOTOLAR

Xəbər verdiyimiz kimi oktyabrın 19-da Sumqayıtın ən böyük ticarət mərkəzi olan “Karvan”da güclü yanğın baş vermişdi. 

Yanğın nəticəsində ticarət mərkəzində çalışan sahibkarlara külli miqdarda ziyan dəyib. 

Qaynar.info-nun Xeberle.com-a istinadən verdiyi məlumata görə, bu gün səhər saatlarında yüzlərlə sahibkar Sumqayıt şəhər İcra hakimiyyətinin qarşına toplaşıb. Sahibkarların qarşısına çıxan “Karvan” Ticarət Mərkəzinin  İsməli adlı işçisi onları  sakitləşdirərək onlara ticarət mərkəzinə gəlməyə çağırıb. Sahibkarlara söz verilib ki, oktyabrın 22-i saat 15:00-dək zərəçəkənlərin problemləri aradan qaldırılacaq.  Sabah  “Karvan” Ticarət Mərkəzinin sahibi Ağamirzə Əhədov sahibkarlarla görüşəcək. 

Qaynar.info