İdman 17:39 15.08.2013

Super Liqanın ən bahalı klubu və futbolçusu

Türkiyə Super Liqasına sabah start veriləcək.

 Fanat.az xəbər verir ki, yeni mövsümün startı ərəfəsində “Transfermarkt” Türkiyə klublarının və Super Liqada oynayan futbolçuların dəyərini açıqlayıb.

Alman sayıtının hesablamalarına görə, ən bahalı klub son çempion “Qalatasaray”dı. “Cim-Bom”un ümumi dəyəri 160 milyon avrodu (təxminən 190 milyon manat).

“Qalatsaray”ı 151 milyon 100 min avro qiyməti olan “Fənərbaxça” izləyir. “Beşiktaş”ın ümumi dəyəri 102 milyon 250 min avroya bərabərdi.

18 klubun ümumi qiyməti isə 908 milyon 450 min avrodu.

1. Qalatasaray – 160.000.000

2. Fənərbaxça – 151.100.000

3. Beşiktaş – 102.250.000

4. Trabzonspor – 67.800.000

5. Bursaspor – 59.375.000.000

6. Kasımpaşa – 45.250.000

7. Kayserispor – 40.425.000

8. Eskişəhərspor – 40.250.000

9. Antalyaspor – 37.950.000

10. Gənclərbirliyi – 36.275.000

11. Sivasspor – 33.450.000

12. Qaziantepspor – 26.950.000

13. Karabükspor – 25.500.000

14. Erciyəsspor – 23.075.000

15. Çaykur Rizəspor – 18.000.000

16. Konyaspor – 16.000.000

17. Akhisar Bələdiyyəspor – 14.275.000

18. Elazığspor – 11.525.000

Super Liqanın ən dəyərli futbolçusu Burak Yılmaz olub. Son iki mövsümdə “Trabzonspor” və “Qalatasaray”da çempionatın bombardiri olan futbolçuya 18 milyon avro qiymət qoyulub. O, birinciliyi Felipe Melodan alıb.

2-3-cü pillələrdə də “Qalatsaray”lı futbolçular yer alıb. Belə ki, “Cim-Bom”un holland ulduzu Uesli Sneyderin qiyməti 17, uruqvaylı qapıçısı Fernando Musleranın dəyəri 16 milyon avroduö

Ən bahalı 20 futbolçunun 13-ü əcnəbi, 7-si türkdü. “Qalatasray” və “Fənərbaxça”nın 7, “Beşiktaş”ın 3, “Bursaspor”un 2, “Trabzonspor”un 1 futbolçusu 20-liyə düşüb.

1. Burak Yılmaz (Qalatasaray) – 19.000.000

2. Uesli Sneyder (Qalatasaray) – 17.000.000

3. Fernando Muslera (Qalatasaray) – 16.000.000

4. Manuel Fernandes (Beşiktaş) – 14.000.000

5. Selcuk İnan (Qalatasaray) – 14.000.000

6. Mussa Sov (Fənərbaxça) – 14.000.000

7. Raul Meyreles (Fənərbaxça) – 12.000.000

8. Emmanuel Emenike (Fənərbaxça) – 12.000.000

9. Aurelien Çedyu (Qalatasaray) – 12.000.000

10. Felipe Melo (Qalatasaray) – 11.000.000

11. Gökhan Gönül (Fənərbaxça) – 8.500.000

12. Kristian Baroni (Fənərbaxça) – 8.000.000

13. Mehmet Topal (Fənərbaxça) – 8.000.000

14. Tomas Sivok (Beşiktaş) – 7.500.000

15. Pablo Batalla (Bursaspor) – 7.500.000

16. Onur Kıvrak (Trabzonspor) – 7.000.000

17. Semih Kaya (Qalatasaray) – 7.000.000

18. Hüqo Almeyda (Beşiktaş) – 7.000.000

19. Volkan Dəmirəl (Fənərbaxça) – 7.000.000

20. Fernando Belluşçi (Bursaspor) – 6.500.000

Qaynar.info