Ölkə 14:34 19.07.2019

Şuranın maliyyə dəstəyi ilə ölkənin ən ucqar kəndlərində də layihələr icra olunur

Azərbaycan Respublikası Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası tərəfindən maliyyələşdirilən "Kənd yerlərində ailə turizmin inkişafının təşviqi” layihəsini Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyi tərəfindən  01 iyun 2019- ci il tarixindən start verilib və 30 avqust 2019- cu ilə kimi davam edəcək. 

Layihə turzim baxımından əhamiyyətli və cəlbedici olan Azərbaycan Respublikasının ən ucqar yaşayış məntəqəsi olan Quba rayonunda yerləşən, dəniz səviyyəsində 2360 metr yüksəklikdə olan Xınalıq, 2200 metr yüksəlikdə olan Qrız və Girdah kəndlərində icra olunur. 

Layihənin məqəsdi kənd yerlərində ailə turizmini inkişaf etdirmək, fərdi evlər tərəfindən təklif olunan xidmətlərin sayını artırmaq və keyfiyyətini yaxşılaşdırmaqdır. Həmçinin kənd əhalisinin məşğuliyyətinə dəstək olmaqla əl işlərinin satışına şərait yartmaqdır. 

Bildiyimiz kimi qədimliyi, tarixi və mədəniyyəti baxımından Xınalıq və Qrız kənədləri, füsunkar təbiəti baxımından isə Girdah kəndi həm yerli, həm də xarici turistlərin ən çox səfər etdiyi ərazilərdir. Bu kəndlərdə turistlərə xidmət fərdi evlərdə  göstərilir, yəni kənd şəraitində fərdi ev sahibləri öz yaşadıqları evlərdə turistlər üçün müəyyən müddətə istirahət etmək və gecələmək  imkanı yaradırlar. 

Layihə müddəti ərzində Xınalıq Turizmin İnkişafına Dəstək İctimai Birliyinin nümayəndələri, layihə rəhbəri və Dövlət Turzim Agentliyin Şimal bölgə əməkdaşları ilə birgə 17-18 iyul tarixlərində Xınalıq və Qrız kəndlərinə səfər etmiş, ailə turizmi ilə məşğul olan fərdi evlərə baxış keçirmiş, ev sahibləri ilə xidmətlə bağlı müəyyən məsələlər müzakirə etmişdilər. Dövlət Turzim Agentliyin əməkdaşı tərəfindən  dünya ölkələrinin bu sahədəki təcrübələri barədə ətraflı məlumat verilmiş, xidmətin keyfiyyətini yaxşılaşdırmaq və turist məmnunluğunu əldə edilməsi ilə  bağlı müəyyən tövsiyələr verilmişdir.